RU

İsrail köhnə taktikanı işə saldı: İran daxilində görün nə edirlər – İnanılmaz

İsrailin İran daxilindəki MOSSAD agentlərinə mesaj göndərmə üsulu ortaya çıxıb. İddialara görə, Təl-Əviv qarşı tərəfin ərazisində güclü kəşfiyyat qrupları yerləşdirib, onların koordinasiyası isə radio tezliklər, gizli rəqəmlər vasitəsilə həyata keçirilir. Bunun qədim casusluq taktikası olduğu vurğulanır.

Kəşfiyyat şəbəkəsinin olması nə dərəcədə real görünür? Belə əməliyyatlarda radio tezlikləri ilə koordinasiya nə qədər effektiv və təhlükəsiz hesab olunur?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu iddia geosiyasi reallıqlar baxımından tamamilə istisna edilən bir ssenari deyil:

“Əksinə, müasir hibrid münaqişələrdə dövlətlər yalnız xaricdən deyil, daxildən də təsir mexanizmləri qurmağa çalışırlar. İran kimi böyük, etnik və sosial baxımdan mürəkkəb, sanksiyalar, daxili narazılıqlarla üzləşən ölkədə müxtəlif kanallarla informasiya toplamaq, təsir imkanları yaratmaq texniki və operativ baxımdan mümkündür. Xüsusilə son dövrlərdə yüksək səviyyəli hədəflərin dəqiqliklə vurulması və daxili obyektlər haqqında detallı məlumatların mövcudluğu bu cür şəbəkələrin ya yerli agentura, ya da texnoloji kəşfiyyat vasitəsilə müəyyən səviyyədə fəaliyyət göstərdiyini ehtimal etməyə əsas verir”.

zuriye
Züriyə Qarayeva

Politoloq bildirib ki, radio tezlikləri üzərindən koordinasiya üsulu klassik və sürətli kommunikasiya vasitəsi olsa da, müasir şəraitdə tam təhlükəsiz hesab olunmur:

“Çünki İran kimi ölkələrdə siqnal kəşfiyyatı və radioelektron mübarizə imkanları kifayət qədər inkişaf edib. Açıq və ya zəif şifrələnmiş rabitə asanlıqla izlənə bilər. Buna görə də peşəkar kəşfiyyat əməliyyatlarında radio rabitəsi adətən ya qısa müddətli, tez-tez tezlik dəyişən, ya da əlavə şifrələmə və maskalama texnologiyaları ilə birlikdə istifadə olunur. Praktikada isə daha təhlükəsiz hesab edilən üsullar, yəni şifrəli rəqəmsal platformalar, peyk rabitəsi və ya lokal, fragmentləşdirilmiş əlaqə kanalları ilə kombinə olunmuş model üstünlük təşkil edir”.

Избранный
50
2
turkustan.az

3Источники