RU

Özəl sektorlarda çalışanların pensiyasında artımlar ola bilər İqtisadçı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bir sıra fəaliyyət sahələri üzrə 65 yaşını keçmiş şəxslər məcburi qaydada işdən kənarlaşdırıla bilərlər. Lakin elmi fəaliyyət, tədqiqat sahələrində işləyənlərə, müəllimlərə, həkimlərə güzəşt edilir. Özəl sektorda yaş məhdudiyyəti, demək olar ki, yoxdur və şəxslərin işdən çıxarılmasına heç bir əsas yaranmır. Həmin vətəndaşın işdən azad olunmasına dair qərar rəhbər tərəfindən müəyyənləşdirilir”.

İqtisadçı ekspert Rəşad Həsənov bunu 525.az-a deyib. Ekspert qeyd edib ki, qüvvədə olan qanunvericiliyə görə, çalışan vətəndaş pensiya hüququ əldə etdikdən sonra altı ildən bir ödədiyi sığorta haqqına görə pensiya kapitalı yenidən hesablanır. Həmin məbləğ də onun pensiyasının üzərinə gəlir:

“Vətəndaş 65 yaşında pensiyaya çıxır, amma işinə davam edir. 71 yaşında onun pensiya kapitalı yenidən hesablanır.Təklif olunur ki, bu, 69 yaşa endirilsin. Ümumilikdə Azərbaycanda 65 yaşdan yuxarı əmək fəaliyyəti ilə məşğul olanların say etibarı ilə çəkisi azdır. Burada söhbət təxminən 800 min nəfərdən gedir. Lakin indiki qaydada 71 yaşdan sonra təkrar hesablanma aparılsa, həmin şəxslərin sayı 400 minə düşəcək. Pensiya kapitalı şəxsin əməkhaqqısından tutulan məbləğ əsasında formalaşdırıldığından bu, onun bir növ mülkiyyət hüququnu yaradır. Təklif qəbul olunarsa, daha çox özəl sektorlarda çalışanların pensiyasında artımlar ola bilər”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
67
525.az

1Источники