RU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTOLAR 

Martın 19-da Xankəndi şəhərində Novruz bayramı münasibətilə bayram yarmarkası fəaliyyətə başladı.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib.

Bildirilir ki, yarmarkada yerli sahibkarlar tərəfindən müxtəlif növ məhsulların satışı həyata keçirilir. Yarmarkaya sakinlər tərəfindən böyük maraq müşahidə olunur. 

Bugündən fəaliyyətə başlayan yarmarka martın 24-dək davam edəcək. Tədbir çərçivəsində uşaqlar və gənclər üçün əyləncəli proqramlar da nəzərdə tutulub ki, bu da bayram ovqatını daha da artırır.

Qeyd edək ki, martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə geniş konsert proqramı və atəşfəşanlıq da təşkil ediləcək.

Избранный
101
11
cebheinfo.az

10Источники