RU

Millimizin heyəti açıqlanıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

"Cebheinfo.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

U-19 martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək.

B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva və Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-19-un heyəti və oyunlarının təqvimi:

25 mart

20:00. Azərbaycan (U-19) – Litva (U-19)

Kaunas, "Raudondvario" stadionu

28 mart

17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)

Kaunas, "Raudondvario" stadionu

"Cebheinfo.az"

Избранный
81
5
cebheinfo.az

10Источники