RU

ABŞ-nin Azərbaycana birbaşa xarici investisiyaları 36%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə ABŞ-nin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 204 milyon 368 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 36,4% və ya 54 milyon 542 min dollar çoxdur.

Qeyd edək ki, 2024-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 149 milyon 826 min dollar təşkil edirdi.

Ötən il Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda İsveçrənin payı 3,1%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
1
1
banco.az

3Источники