RU

“Mən də İlham baba kimi prezident olmaq istəyirəm”- 3 yaşlı AYAZ

Xocavənddə məskunlaşan ailələrdən birinin evinə Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qonaq gəlməsi həmin ailə üçün unudulmaz anlarla yadda qalıb.

Dövlət başçısının ziyarətindən sonra ailə üzvləri yaşadıqları duyğularını AzEdu.az-a bölüşüblər.

Ailə başçısı Bəybala Qasımov bildirib ki, doğma torpaqda, ata-baba yurdunda ilk Novruz bayramını qeyd etmək onlar üçün çox qürurverici və kövrək hissdir:

“Burada, dədə-baba yurdumuzda olmaq, ilk bayramımızı bu torpaqda keçirmək həqiqətən çox gözəl hissdir. Bunu sözlə ifadə etmək çətindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ali Baş Komandanımızın da canı sağ olsun".

Ailə üzvlərindən olan 17 yaşlı Əli Qasımov hazırda Ağdam Dövlət Sosial İqtisadiyyat Kollecində təhsil aldığını deyib. O, gələcək planlarından da danışıb:

179883

“Mən kollecdə oxuyuram, ixtisasım elektrik işləri ilə bağlıdır. Hazırda ikinci kurs tələbəsiyəm. Gələcəkdə polis olmaq istəyirəm. Dədə-baba yurdumuzda xidmət etmək də qismət olsa, bundan məmnun olaram.

Prezidenti və Mehriban xanımı yaxından görmək, onlarla eyni məkanda olmaq çox qürurverici idi. Açığı, bunu heç gözləmirdim. Hər şey qəfil oldu. Çox həyəcanlandım, amma eyni zamanda çox sevindim.

Onlar çox sadə, qayğıkeş və səmimi insanlardır. Uşaqlarla maraqlanır, hər kəsə diqqətlə yanaşırlar".

Əli qeyd edib ki, görüş zamanı Prezident onlarla söhbət edib:

“Prezident harada oxuduğumu, vəziyyətimin necə olduğunu soruşdu. Mən də sualların hamısını cavablandırdım. Bu söhbət mənim üçün çox yaddaqalan oldu”.

Gənc daha sonra valideynlərinin də illərlə doğma yurd həsrəti ilə yaşadıqlarını vurğulayıb:

“Valideynlərim Xocavənddən 9–10 yaşlarında çıxıblar. Onlar həmin dövrün çox ağır günlərini görüblər, böyük əziyyət çəkiblər. Həmin yaşda uşaqlar üçün o mənzərələri yaşamaq çox çətin olub. İndi isə yenidən bu torpağa qayıtmaq onların sevincini sonsuz edib. Hiss edirik ki, onlar üçün bu, sadəcə qayıdış deyil, həm də illərin nisgilinin bitməsidir".

Ailənin ən balaca üzvlərindən olan Ayaz görüşdən ən çox yadda qalan simalardan biri olub.

Balaca Ayaz Prezidentlə görüşünü özünəməxsus uşaq səmimiyyəti ilə xatırlayıb. O, Prezident İlham Əliyevi “İlham baba” deyə çağıraraq sevincini gizlətməyib.

Ailə üzvlərinin sözlərinə görə, Ayaz görüşdən sonra Prezidentin maşınını çox bəyəndiyini deyib və hətta dəfələrlə “İlham babam mənə maşın alacaq” sözlərini təkrarlayıb.

Cəmi 3 yaşı olan Ayaz Prezidentlə görüşünü özünəməxsus uşaq dili ilə xatırlayıb.

179882

- Ayaz, salam. Necəsən?

- Yaxşıyam.

- Dünən Prezidenti gördün. Sevindinmi?

- Hə, çox sevindim. İlham babanı məni qucağına aldı və öpdü.

- İlham babanı sevirsən?

- Hə, çox sevirəm. Mən babaya dedim ki, mənə kamaz al. O da dedi ki, yaxşı.

- Böyüyəndə kim olmaq istəyirsən?

-Hə, mən də prezident olacam. İlham babanı bir də görmək istəyirəm.

Ailənin digər üzvü (nənəsi) Çiçək xanım da yaşadığı duyğuların olduqca qarışıq olduğunu deyib. Onun sözlərinə görə, bu günlər həm sevinc, həm də ötən ağır illərin xatirəsi ilə müşayiət olunur:

“Çox sevinirəm, amma eyni zamanda kövrəlirəm də. Çünki çox ağır günlər görmüşük. Bu günümüzə şükür edirəm. Bu gün nəvələrimizin evinə gəlmişəm, bayram sevincini onlarla birlikdə yaşayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Qardaşım 1992-ci ildə şəhid olub. Bacımın oğlunu düşünəndə də kövrəlirəm. Ona görə bu gün həm sevinirəm, həm də kədərlənirəm. Amma yenə də şükür edirəm ki, bu günləri görürük.

Allah Prezidentimizi qorusun, Mehriban xanımı qorusun. Onların sayəsində bu gün bu torpaqlardayıq. Bu, bizim üçün çox böyük xoşbəxtlikdir”.

Doğma yurda qayıdışın sevincini yaşayan ailə üçün builki Novruz əvvəlkilərdən tamamilə fərqli olub. İllər boyu həsrəti çəkilən torpaqda ocaq qalamaq, bayram ab-havasını öz evlərində yaşamaq və üstəlik, ölkə rəhbərliyini qonaq qəbul etmək həmin ailənin yaddaşında silinməz iz buraxıb.

179881

 

Избранный
50
1
azedu.az

2Источники