RU

"Araz-Naxçıvan"ın iki legionerinə milli komandalarından dəvət gəlib

"Araz-Naxçıvan"ın iki legioner futbolçusu ölkələrinin milli komandalarına dəvət alıblar.

Naxçıvan təmsilçisindən verilən məlumata görə, bunlar Kristian Avram və Felipe Santosdur.

K.Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək.

F.Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.

"Cebheinfo.az"

Избранный
30
15
cebheinfo.az

10Источники