RU

İrandai yeni Ali Milli TŞ katibi Səid Cəlili elan edildi

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlindən sonra onun yerinə başqa namizədin təyin edilməsi ilə bağlı müzakirələr aparılıb.

Xarici media İrandakı mənbələrə istinadən Səid Cəlilinin Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunduğunu bildirib.

Səid Cəlili radikal mühafizəkar siyasi partiya olan “Cəbhət-e Paydari”yə rəhbərlik edir.

O, əvvəllər Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışıb.

Cəlili hazırda Ali Liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi vəzifəsində çalışır. O, bu vəzifəyə mərhum lider Ayətullah Əli Xamenei tərəfindən təyin edilib.

Səid Cəlili son prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana qarşı yarışıb.

Seçkilərdə Məsud Pezeşkian 16.384.403 səs, Səid Cəlili isə 13.538.179 səs toplayıb.

O, həmçinin İranın nüvə danışıqları qrupuna rəhbərlik edib.

Bəzi məlumatlara görə, Səid Cəlilinin anası tərəfində Azərbaycan əsilli olduğu bildirilir. Səid Cəlilinin anasının Ərdəbil bölgəsindən olduğu iddia edilir.

Səid Cəlili İran-İraq müharibəsində vuruşmuş, Kərbəla-5 əməliyyatında yaralanmış və ayağı amputasiya edilmişdir.

Избранный
42
veteninfo.az

1Источники