RU

Məhkuma məxsus avtomat aşkarlandı

Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində məhkuma məxsus avtomat aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl sözügedən ərazidə əsas yoldan kənarda daşların arasında gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 5 ədəd 5.45 kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
18
12
bakivaxti.az

10Источники