RU

İmmun sistemini zəiflədən dərman hansıdır?

İmmunosupressantlar immun sisteminin fəaliyyətini zəiflədən dərman preparatlarıdır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu preparatlar əsasən orqan transplantasiyasından sonra orqanizmin köçürülmüş orqanı rədd etməsinin qarşısını almaq və bəzi autoimmun xəstəliklərin müalicəsi üçün istifadə olunur.

Lakin, immun sisteminin zəifləməsi nəticəsində orqanizmin infeksiyalara qarşı müqaviməti azalır və bəzi hallarda əlavə yan təsirlər yarana bilər.

Buna görə, immunosupressant dərmanlar yalnız həkim nəzarəti altında istifadə edilməlidir.

Избранный
85
cebheinfo.az

1Источники