RU

Ruslar Ukrayna müharibəsinə daha 400 min əsgər cəlb etmək niyyətindədir

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hava şəraitinin yaxşılaşması Rusiya ordusunun Ukrayna cəbhəsindəki fəaliyyətini artırır.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Aleksandr Sırski bildirib.

General-polkovnik müdafiə xətlərinin mühəndislik avadanlıqlarının vəziyyəti ilə bağlı əməliyyat iclası keçirdiyini də sözlərinə əlavə edib. Əsas vəzifələrə istehkamların möhkəmləndirilməsi, dronlardan müdafiənin inkişaf etdirilməsi və yaşayış məntəqələrinin müdafiəyə hazırlanması daxildir.

“Hərbi komandirlərin, Dövlət Xüsusi Nəqliyyat Xidməti rəhbərliyinin və regional hərbi administrasiyaların rəhbərlərinin hesabatlarını dinlədim. Problemli məsələlər var - onların həyata keçirilməsi üçün konkret həllər və son tarixlər müəyyən edilib”, - deyə o qeyd edib.

Bu baxımdan, general vurğulayıb ki, təkcə müdafiənin sabitliyi deyil, həm də əsgərlərin həyatı bu işin keyfiyyətindən və sürətindən asılıdır.

“2026-cı ildə Rusiya əlavə 409.000 əsgər cəlb etməyi planlaşdırır. Bu, bir şey deməkdir: düşmən niyyətindən əl çəkməyib və Ukraynaya qarşı daha böyük təcavüzə hazırlaşmağa davam edir”, - deyə Sırski bildirib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
reyting.az

1Источники