RU

“ABŞ nin İrana strategiyası idarə olunan hakimiyyət dəyişikliyinə yönəlib”

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ABŞ artıq klassik hərbi müdaxilə ssenarilərindən kənara çıxaraq İranda daha mürəkkəb və çoxqatlı bir strategiya formalaşdırıb. Planın əsas məqsədi yalnız rejimi zəiflətmək deyil, hakimiyyət strukturunu dəyişmək və yeni idarəetmə modeli qurmaqdır”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Bu strategiyanın mərkəzində SEPAH-ın təsirini minimuma endirmək, ideoloji liderləri sıradan çıxarmaq və nizami orduya əsaslanan keçid hökuməti yaratmaq dayanır. Burada fərqlilik ondadır ki, ABŞ İranı parçalamaq niyyətində deyil, mövcud sərhədlər daxilində fərqli siyasi kursa malik hakimiyyət formalaşdırmaq istəyir.

Hakimiyyət dəyişikliyi bir zərbə ilə deyil, mərhələli şəkildə həyata keçiriləcək. Elitanın sıradan çıxarılması, idarəetmədə koordinasiyanın zəifləməsi və varislik boşluğunun dərinləşdirilməsi bu planın əsas mərhələləridir. Nəticədə, İranın nizami ordusu ön plana çıxacaq, ideoloji təsir azaldılacaq və Qərblə dialoqa açıq bir siyasi model formalaşdırılacaq.

Əsas risk isə planın nəzarətdən çıxmasıdır. SEPAH ölkənin ən güclü hərbi-siyasi strukturudur və cəmiyyət etnik və siyasi baxımdan mürəkkəbdir. Xarici müdaxilə daxili qarşıdurmanı gücləndirə bilər və bu, regionda genişmiqyaslı münaqişəyə səbəb ola bilər.

ABŞ-nin strategiyası uğurlu olsa, Yaxın Şərqin siyasi balansı dəyişəcək; uğursuz olarsa, region uzunmüddətli xaosa sürüklənəcək”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
icma.az

1Источники