RU

Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlandı



Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində əsas yoldan kənarda daşların arasında gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 5 ədəd 5.45 kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Избранный
63
14
baki-xeber.com

10Источники