RU

Messi 900-cü qolunu vurdu


Argentinalı hücumçu Lionel Messi karyerasının 900-cü qolunu vurub.
Yeniavaz.com
xəbər verir ki, qol “İnter Mayami” və “Neşvill” arasında KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab matçında qeydə alınıb.
Fort-Loderdeyldəki DRV PNC stadionunda baş tutan oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.
“Neşvill”in qolunun müəlifi isə Kristan Espinosa olub.
İlk oyun 0-0 hesabı ilə başa çatıb. Səfər qolları qaydasına görə “Neşvill” turnirin 1/4 finalına yüksəlib.
Qeyd edək ki, Messi 2023-cü ildən bəri “İnter Mayami”də oynayır. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 5 oyun keçirib və 4 qol vurub.
Избранный
98
yeniavaz.com

1Источники