RU

“İki uşaq artım deyil, üçüncü uşaq vacibdir” Deputatdan ÇAĞIRIŞ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Xocavəndə səfəri və Xanoba kəndində çoxuşaqlı bir ailə ilə görüşü diqqət çəkib. Görüş zamanı dövlət başçısı 6 uşaqlı ananı nümunə kimi dəyərləndirərək, ölkədə əhali artımının təmin olunması üçün ailələrdə uşaq sayının artırılmasının vacibliyini vurğulayıb.

Bu fonunda sual yaranır: ailələrin çoxuşaqlı olması üçün hansı sosial layihələr və dəstək mexanizmləri tətbiq edilə bilər?

Mövzu ilə bağlı deputat Elman Məmmədov Redaktor.az-a bildirdi ki, uşaqları dünyaya gətirib böyütmək və boya-başa çatdırmaq üçün ailənin maddi durumu normal olmalıdır, uşaq da normal böyüməlidir:

"Bu istiqamətdə dövlət müəyyən işlər görür. Lakin bu görülən işləri tam kifayət hesab etmək olmaz. İnkişaf gedir, gündəlik qiymətlərdə və dolanışıqda artımlar müşahidə olunur, müəyyən problemlər yaranır. Buna görə də dünyaya uşaq gətirən hər bir ailənin maddi durumunun normal olması üçün ilk növbədə valideynlərin işlə təmin olunması, dünyaya gələn uşağa lazımi səviyyədə maddi təminat və zəmanətin verilməsi vacib məsələdir. Bu gün Azərbaycanda artıq oturuşmuş bir ailə modeli formalaşıb: bir oğlan, bir qız, iki uşaqdan ibarət ailə. Bu model ailənin inkişafı kimi qiymətləndirilir. Lakin bu, artıq əhalinin artımı demək deyil. Çünki valideynlər dünyasını dəyişəndə geridə iki uşaq qalır. Üçüncü uşaq isə əhali artımı deməkdir. Buna görə də ailələrdə üçüncü, dördüncü, beşinci uşaqların olması vacib sayılır. Lakin uşaqların dünyaya gəlməsi ilə yanaşı, onların böyüdülməsi və təmin olunması məsələləri də ön plana çıxır. Buna görə hər bir dünyaya gələn uşaq üçün kifayət qədər maddi təminat dövlət tərəfindən müəyyən olunmalıdır və bu təminat vaxtaşırı yenilənməlidir. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlər sabit qalmır. Məsələn, dünən bir manata alınan məhsul bu gün üç və ya beş manata başa gələ bilər. Buna görə də uşağa verilən maddi yardım da bazar qiymətlərinə uyğun olaraq dəyişməlidir və sabit qalmamalıdır".

Deputat vurğuladı ki, prezident bu istiqamətdə tapşırıqlar verir, dövlət də müəyyən işlər görür:

"Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün sülh şəraitində yaşayan bir dövlətdir. Regionda və dünyada baş verən xoşagəlməz hadisələr, müharibələr və gərginliklər mövcuddur. Eyni zamanda "Böyük Qayıdış" Proqramı çərçivəsində doğma yurd-yuvasına qayıdan insanlar üçün evlərin tikilməsi, şəraitlərin yaradılması və hərbi gücün artırılması kimi məsələlər də dövlət üçün əlavə yük yaradır. Hesab edilir ki, bölgədə və dünyada sülh və sabitlik təmin olunduqdan sonra dövlət ailələrdə uşaqların normal yaşaması üçün daha çox dəstək və maddi yardımların ayrılmasına daha ciddi yanaşacaq. Bu məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır və uşaqların doğumu və yaşaması ilə bağlı mövcud olan dəstəklər artırılmalıdır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
redaktor.az

2Источники