RU

Maddələr mübadiləsini yaxşılaşdıran - ən təsirli pəhriz



Keto pəhrizi fitnes və məşqlə birləşdirildikdə maddələr mübadiləsini yaxşılaşdırır.

Medicina.az xəbər verir ki,yağla zəngin və karbohidratları az olan sərt ketogenik pəhriz qan şəkəri səviyyəsini normallaşdıra və əzələ fəaliyyətini yaxşılaşdıra bilər.


Tədqiqat ABŞ-ın bir neçə tədqiqat mərkəzindən olan alimlər qrupu tərəfindən aparılıb. Təcrübədə hiperqlikemiya — qan şəkərinin səviyyəsinin yüksəlməsi — olan siçanlar iştirak edib. Keto pəhrizinə keçdikdən cəmi bir həftə sonra onların qlükoza səviyyəsi normala qayıdıb.

"Bir həftə ketogenik pəhrizdən sonra heyvanların qan şəkərinin səviyyəsi sanki heç diabet xəstəliyindən əziyyət çəkmirmiş kimi idi", - deyə Sara Lessard bildirib.

Səkkiz həftədən sonra alimlər fiziki məşqlər əlavə ediblər. Məlum olub ki, məşq pəhrizin təsirini artırır: heyvanların aerobik dözümlülüyü artıb və əzələləri oksigenlə daha yaxşı təmin olunub və daha yavaş yorulub.

Tədqiqatçıların fikrincə, ketoz — bədənin əsas enerji mənbəyi kimi karbohidratlar əvəzinə yağdan istifadə etməyə başladığı vəziyyət — bu dəyişikliklərlə yanaşı, həm də əzələ və damar funksiyasına aktiv təsir göstərir.


Butəcrübələr insanlar üzərində deyil, heyvanlar üzərində aparılıb. Bundan əlavə, fizioloji parametrlərin yaxşılaşmasına baxmayaraq, siçanların faktiki atletik göstəriciləri yaxşılaşmadı, bu, ehtimal ki, karbohidrat çatışmazlığı səbəbindən baş verib. Karbohidratlar pəhrizə yenidən daxil edildikdə, dözümlülük göstəriciləri yaxşılaşdı.

Müəlliflər vurğulayır ki, keto pəhrizi hamı üçün həll yolu deyil. Ona riayət etmək çətindir və hər kəs üçün uyğun olmaya bilər. Aralıq dənizi pəhrizi kimi alternativ yanaşmalar da qan şəkəri səviyyəsini aşağı sala bilər.

Aygün Musayeva



Избранный
44
medicina.az

1Источники