RU

“Roblox” fəaliyyəti Azərbaycanda məhdudlaşdırılır 

18 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Roblox” qlobal platforması arasında onlayn görüş keçirilib.

AzEdu.az  xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, uşaqların təhlükəsiz mühitdə inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və rəqəmsal platformalarda artan risklər bu sahədə əlavə tədbirləri zəruri edir. O, xüsusilə azyaşlıların naməlum şəxslərlə ünsiyyəti, kiberbullinq və manipulyasiya hallarını əsas təhlükələr kimi qeyd edib.

Komitə “Roblox” platformasında bəzi risklərin mövcudluğundan narahatlığını ifadə edərək, bu problemlər aradan qaldırılmasa, platformanın Azərbaycanda məhdudlaşdırıla biləcəyini açıqlayıb.

“Roblox” nümayəndələri isə iradları qəbul etdiklərini, təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və ilkin nəticələrin aprel ayından görünəcəyini bildiriblər.

Избранный
39
2
azedu.az

3Источники