RU

“Liverpul”la oyunda ciddi zədə alan “Qalatasaray”ın futbolçusu əməliyyat olunub

Bakı, 19 mart, AZƏRTAC

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərədə “Liverpul”a qarşı keçirilmiş cavab oyununda barmağından ciddi zədə alan Türkiyə "Qalatasaray"ının futbolçusu Noa Lanq əməliyyat olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə niderlandlı yarımmüdafiəçinin özü sosial şəbəkə hesabında paylaşım edib.

Cərrahi müdaxilənin uğurlu alındığını yazan 26 yaşlı oyunçu dəstək verən insanlara təşəkkürünü bildirib.

Matçın 76-cı dəqiqəsində reklam lövhəsinə çırpılan Noa Lanqın barmağının bir hissəsi demək olar ki, qopub. O, ağır qanaxma keçirdiyi üçün meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, İstanbuldakı ilk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn “Qalatasaray” ikinci oyunda 4 cavabsız qolla uduzduğu üçün Çempionlar Liqasında mübarizəni dayandırıb.

Избранный
45
1
azertag.az

2Источники