RU

Çin insanabənzər robotların sayına görə liderdir

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildən bəri dünyada insanabənzər robotların sayı 14 500-ü ötüb. Bu siyahıda lider yenə Çin olub. Təqdim olunan infoqrafikaya əsasən, insanabənzər robot satışlarının demək olar ki, 90 faizi Çinin payına düşür.

Reyting.az xəbər verir ki, rəqəmlərə görə, ilk yerdə "Unitree" şirkəti (5 500 robot), ikinci yerdə "AgiBot" (5 168 robot) qərarlaşıb. ABŞ-ın "Tesla" şirkəti isə yalnız 150 "Optimus" robotu tədarük edib ki, onların da dünya bazarında kütləvi satışı 2027-ci ildə gözlənilir.

Çin bazarında böyük irəliləyişlər hələ də davam edir. Bu ölkə təkcə 2025-ci ildə 21 yeni insanabənzər robot modeli təqdim edib, halbuki 2022-də Çinin cəmi 3 modeli olub.

Çinli mütəxəssislər bildiriblər ki, əsas məqsəd satış rekordu deyil, eyni zamanda elmi tədqiqatlar sahəsində, o cümlədən bu cür robotların sənayedə istifadəsini təmin etməkdir. Tədqiqatçıların fikrincə, çox yaxın gələcəkdə robotlar pərakəndə fəaliyyətdə, həm də ev işlərində istifadə oluna biləcək.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
reyting.az

1Источники