RU

Dövlət qulluğunda əməkhaqqı sistemində dəyişikliklər sosial ədalətə xidmət edir Ekspert rəyi

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 mart, AZƏRTAC

Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən yeniliklər bu sahədə sosial ədalət prinsipinin möhkəmləndirilməsinə və fəaliyyətin səmərəliyinin artırılmasına müvafiq şərait yaratmaqdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov bildirib.

O qeyd edib ki, əmək bazarında çağırışlar sürətlə dəyişir və özəl sektor tərəfindən əmək resurslarına, işçi qüvvəsinə daha yüksək əməkhaqqı təklif olunması dövlət qulluğu üçün yeni reallıqlar formalaşdırır. Bu isə dövlət sektorunda əməkhaqqı siyasətinə yenidən baxılmasını zəruri edir.

Ekspertin sözlərinə görə, tətbiq edilən yeni modelin səmərəli hesab olunması üçün əsas meyarlardan biri onun gənc və peşəkar kadrların dövlət qulluğu sisteminə cəlb edilməsinə yaratdığı imkanlardır.

“Səmərəli sayıla biləcək yeni modelin tətbiqi gənc, peşəkar mütəxəssislərin daha çox dövlət qulluğu sisteminə üz tutmasına şərait yaradacaq ki, bu da olduqca müsbət hal kimi dəyərləndirilməlidir”, – deyə iqtisadçı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
1
azertag.az

2Источники