RU

Elektrik enerjisi istehsalı GES-lərdə azalıb, KES-lərdə isə kəskin artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% azalaraq 4 milyard 212,1 milyon kVt/saat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 88%-i və ya 3 milyard 708,2 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES) payına düşüb.
Bundan başqa, elektrik enerjisinin 276,8 milyon kVt/saatı Su Elektrik Stansiyalarından (SES), 141,6 milyon kVt/saatı Günəş Elektrik Stansiyalarından (GES), 42,7 milyon kVt/saatı Külək Elektrik Stansiyalarından (KES),  42,8 milyon kVt/saatı isə biokütlə və tullantıların yandırılmasından əldə edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə istehsal olunan elektrik enerjisi 5,9%, SES-lərdə istehsal olunan elektrik enerjisi 32,1%, GES-lərdə istehsal olunan elektrik enerjisi isə 1,4% azalıb. KES-lərdə istehsal olunan elektrik enerjisi isə 41,6 dəfə artıb.

Elnur Əli
Избранный
50
2
yeniavaz.com

7Источники