RU

Luis Enrike Premyer Liqada çalışa bilər

PSJ-nin baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasının nəhəngi “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb.

Msport.az xəbər verir ki, Enrike “qırmızı şeytanlar”ın qısaldılmış siyahısında ən yuxarı pillələrdən birində qərarlaşıb.

Bildirilir ki, hazırda komandaya müvəqqəti rəhbərlik edən Maykl Kerriki əvəzləmək üçün mütəxəssis axtarışında olan Mançester təmsilçisi yayda qəti qərarını verəcək.

Lakin 55 yaşlı mütəxəssisin bu yay Paris klubunu tərk etməyə hazır olub-olmaması isə sual altındadır. Qeyd olunur ki, PSJ-nin cari mövsüm Çempionlar Liqasında qazanacağı mümkün qələbə vəziyyəti tamamilə dəyişə bilər.

Qeyd edək ki, Maykl Kerrik yanvarda “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi təyin edilib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində üçüncü pillədə yer alıb.

Избранный
1
3
msport.az

4Источники