ABŞ prezidentinin xüsusi elçisi Con Koul Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı onun ABŞ-yə səfərinin mümkünlüyünü müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Biz həmçinin prezident Lukaşenkonun ABŞ-yə mümkün səfərini müzakirə etdik və bunu təşkil etmək üzərində işləyəcəyik", - o deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp müntəzəm olaraq Lukaşenko barədə özünün yaxşı dostu və hörmətli dünya lideri kimi bəhs edib.