İranın Kəşfiyyat Nazirliyi ABŞ və İsrailin maraqları naminə fəaliyyət göstərməkdə ittiham olunan 97 nəfərin, o cümlədən İranın cənub-şərqində ehtimal olunan 13 "casus"un həbs edildiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın IRIB telekanalına istinadən məlumat yayıb.
Nazirlik həbs olunanların iğtişaşlar yaratmağa cəhd etdiklərini bəyan edib.
Daha əvvəl İran KİV-ləri hərbi videomaterialların "düşmən" şəbəkələrə ötürülməsinə görə 41 nəfərin saxlanıldığını bildirmişdi.