RU

Bakı aeroportunda əcnəbi kişi saxlanıldı

Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Özbəkistanın hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən həmin ölkənin vətəndaşı Abdullo Şadiyev axtarışa verilib.

A. Şadiyev 2025-ci ilin dekabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəxs barəsində "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 noyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərar qəbul edilib. O, martın 18-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Избранный
22
9
far.az

10Источники