RU

Simeone Tottenhem ə məğlubiyyəti belə dəyərləndirdi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 5:2 hesabı ilə darmadağın etdiyi "Tottenhem"ə səfərdə uduzaraq (2:3) 1/4 finala yüksələn "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Londondakı matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Narahat oyun idi. Fasilədə bu barədə danışdıq və ikinci yarıda iki dəfə üçüncü qolu vurmağa yaxın olsaq da, qapımıza penalti təyin edildi. 

Musso etibarlı göründü, Kardozo yaxşı futbol sərgilədi. Xulian Alvaresin, Ademola Lukmanın və David Qantskonun tempi və hərəkətləri xoşuma gəldi. Ümumilikdə bütün futbolçuların çıxışından razıyam". 

Qeyd edək ki, "Atletiko" 1/4 finalda "Barselona" ilə üz-üzə gələcək.

Toğrul

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
fanat.az

2Источники