2026-cı ilin yanvar-fevral aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 2 534,2 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 938,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,5 faizini təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 246,9 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 31,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.