RU

Yüksək Liqa: “Neftçi” vahid lider oldu – ARENA.AZ

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, 3-cü dövrənin son turunun ilk matçında medallar uğrunda mübarizə aparan “Baku Fire” “Şuşa” ilə qarşılaşıb.

Gərgin və qol epizodları ilə zəngin olan matçda “Baku Fire” 3 xalı aktivinə yazdırıb.

Turun mərkəzi oyununda eyni xala malik və turnir cədvəlinin ilk iki pilləsində qərarlaşmış komandalar qarşılaşıblar. “Neftçi” İK əsas rəqibi, son çempion “Araz-Naxçıvan”ı məğlub etməklə zirvəyə yüksəlib.

Son oyunda isə “Lənkəran”la U-19 yığmamız qarşılaşmalı idi. Amma “Lənkəran” komandası təyin olunan vaxtda meydana çıxmayıb. Bu üzdən də sözügedən matçın nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Yüksək Liqa
15-ci tur
19 mart

Baku Fire – Şuşa 8:4
Qollar: Kənan Manafov, 2:18. Ümid Qəhrəmanov, 8:58-öz qapısına. Məhəmməd Abbasov, 9:25; 24:55; 25:16; 32:21. Rüfət Məmmədli, 16:41. Nurlan Məmmədov, 28:32 – Sadeq Caviditabar, 4:05; 20:59. Namiq Məmmədkərimov, 18:40. Anar İsayev, 26:07.
Hakimlər: knyaz Əmiraslanov, Rza Məmmədov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 12:30.

Araz-Naxçıvan – Neftçi İK 2:4
Qollar: Filipe, 10:09. Emil Həsənzadə, 13:41-öz qapısına – Fərid Atakişiyev, 10:45. Markus Vinisius, 25:31, 30:23. Allef Mayolli, 39:36.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:30.

Lənkəran – U-19 matçı baş tutmayıb
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Mahir məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xallar: Neftçi İK – 40. Araz-Naxçıvan – 37. Baku Fire – 29. Şuşa – 18. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
46
5
arena.az

10Источники