Abşeron rayon Masazır qəsəbəsindəki binanın girişində kişi meyiti tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə martın 18-i saat 13 radələrində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü İmişli sakini Sadıq Sadıqovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti qəsəbədəki 29 saylı binanın girişində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"