RU

Masazırda binanın girişində meyit tapıldı

Abşeron rayon Masazır qəsəbəsindəki binanın girişində kişi meyiti tapılıb.

Sitat.info xəbər verir ki, hadisə martın 18-i saat 13 radələrində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İmişli sakini Sadıq Sadıqovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti qəsəbədəki 29 saylı binanın girişində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
70
3
sitat.info

4Источники