Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Misli premyer-liqasının 24-cü turunun “Sumqayıt” – “Şamaxı” matçından sonra mətbuat konfransına qatılan “şirlər”in baş məşqçisi Ayxan Abbasov diqqətçəkən açıqlamalarla yadda qaldı. Təcrübəli mütəxəssis klub rəhbərlərindən gileylənməklə yanaşı, yaydan bir yerdə işləyəcəyini bildirdi. Belədə təbii ki, ağla çalışdırıcının “Şamaxı” ilə yolları ayıracağı gəlir. Hər halda, onun klubla müqaviləsinin müddəti yayda başa çatacaq. Milliylə bağlı planlar isə daha uzun müddəti əhatə edir.Həqiqətən Ayxan bəylə klub arasında konkret razılıq əldə olunub? Belədisə, “Şamaxı” yeni baş məşqçi axtarışına başlayıbmı?Bu sualları “şirlər”in baş meneceri Kamran İsmayılovla ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Yeni baş məşqçi axtarışı haqda danışmaq üçün tezdi. Ortada rəsmi nəsə yoxdu. Ayxan Abbasovun klubumuzla müqaviləsinin müddəti mövsümün sonunda bitəcək. Gələcəklə bağlı qərar verilməyib. Bu səbəbdən suallara konkret cavab vermək mümkün deyil”.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.