RU

“Turan Tovuzdan başqa bütün klublarda azarkeş problemi var” – 20 il bir klubun arxasınca getmiş və artıq qocalmış Təbriz…

“Qəbələ”nin əsas fanklubu olan “Red Black Army”nin sabiq rəhbəri, futbol ictimaiyyətinə yaxşı tanıdığı Nəriman Təbriz “feysbuk” hesabında yazı paylaşıb. O, “Qəbələ”nin azarkeş sarıdan korluq çəkməsi ilə bağlı iradlara reaksiya verib.

“Football-plus.az” yazını təqdim edir:

“Son günlər Qəbələdə azarkeş sayının azlığı ilə bağlı çox paylaşım edilir. Bilən də danışır, bilməyən də. Dözə bilmədim, mən də bir neçə kəlmə yazmaq istədim. Bu stadionda komanda uğurlu çıxış edəndə həmişə orta hesabla 800-1200 azarkeş olub. Bəli, daha az və ya daha çox olduğu dövrlər də olub, amma ümumi ortalama bu civarda dəyişib. Əlavə olaraq qeyd edirsiz ki, yalnız uğura görə dəstəkləmək düzgün deyil. Bu yanaşma ilə mən də razıyam. Amma sual verirəm: bunu niyə ancaq “Qəbələ”yə aid edirsiz? Niyə ancaq “Qəbələ” gözə görünür? Bu sözüm tək sizə yox, ümumilikdə hamıyadı. Bu gün Azərbaycanda “Turan Tovuz”dan başqa bütün klublarda azarkeş problemi var. Bir qədər “Karvan-Yevlax”da fərqlidi, o da liqaya yeni qayıtdığıüçün maraq var. Reallıq isə başqadı. Bu gün Qəbələdə adamlar 300–400 manat maaşa işləyir. Həftədə bir gün işə getməsə, işdən çıxarıla bilər. Ya da o boş gününü əlavə qazanc üçün başqa işə sərf edir. Hamı bunu bilir, başa düşür, amma heç kim bu tərəfdən baxmaq istəmir. Sual verirəm: evinə bir tikə çörək aparmaq dərdi olan insan futbolu neyləsin? Ümumiyyətlə, azarkeş azlığı tək “Qəbələ”nin problemi deyil - bu, Azərbaycan futbolunun problemidi. “Qarabağ” Çempionlar Liqasında oynayır, Bakıda yüzminlərlə tərəfdarı var, amma bir neçə vacib oyunu çıxsaq, çempionat oyunlarında stadionda 200-300 nəfər olur. “Neftçi” bu ölkənin flaqmanı və ən tarixi klubudu, amma bir neçə önəmli oyunu və avrokubokları çıxsaq, 11 minlik stadion belə dolmur. Sumqayıtda stadion tikiləndə hər kəs danışırdı ki, bu tutum azdı, bir-iki böyük klubun gəldiyi oyunu çıxsaq, ortalama stadionum beşdəbiri belə dolmur. Deməli, problem burdadı və səbəblər də burda axtarılmalıdı. Azarkeşlərin niyə küsdüyünü, niyə uzaqlaşdığını yüzlərlə səbəblə izah etmək olar. Amma bu artıq vaxt itkisidi. Çünki heç bir mexanizm düzgün işləmir. Futbolun yoxdusa, olmasını istəyirsənsə, düzgün işləməlisən. Amma biz görürük ki, sanki bu ölkədə futbolun inkişafını istəyən yoxdu. Azarkeş yoxdusa, federasiya və klublar birlikdə səbəbləri araşdırmalı, addım atmalıdı. Bunu etmirlərsə, deməli, azarkeş heç kimə lazım deyil. Hörmətlə: futbolu sevmirlər dediyiniz rayondan - Qəbələdən olan, 20 il “Qəbələ”nin arxasınca heç bir təmənna güdmədən getmiş və artıq qocalmış Nəriman Təbriz”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
27
1
football-plus.az

2Источники