2025-ci ildə yanğın hadisələri zamanı 60 nəfər həlak olub, 199 nəfər xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 2025-ci il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1522 olub.
Qeyd olunub ki, bu, ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 20 nəfər və ya 50% çox, xəsarət alanlar üzrə 11 nəfər və ya 5% azdır.
"Cebheinfo.az"