RU

“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir

Bakı. Trend:

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir. 42 km-lik tam marafonaqoşulmaq istəyənlər aprelin 25-dək www.marathon.az saytından və ya28 Mall, Dəniz Mall, Gənclik Mall ticarətmərkəzlərindəki məntəqələrdə qeydiyyatdan keçə bilərlər. Tələbələrüçün qeydiyyat pulsuzdur.

Trend xəbər verir ki, 2016-cıildən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilkdəfə 42 kilometrlik tam marafon olaraq baş tutacaq. Həmişəki kimiDövlət Bayrağı Meydanından start götürəcək marafonun finiş xəttiisə bu dəfə Sea Breeze ərazisi olacaq.

Bununla yanaşı, marafonun iştirakçılarını və tamaşaçılarımüxtəlif əyləncələr gözləyir.Start zonasında fərqli əyləncəsahələri, atletlər üçün isinmə zonası qurulacaq, böyük səhnədəsevilən sənətçilərin iştirakı ilə konsert keçiriləcək.

Marafonun əhatə edəcəyi marşrut boyunca iştirakçılarıruhlandırmaq məqsədi ilə müxtəlif motivasiyazonaları, həmçinin su və ilk tibbi yardımməntəqələri təşkil ediləcək. Ümumilikdə marşrut boyu 20 əyləncənöqtəsi olacaq.

“Bakı Marafonu 2026”nın mükafatlandırılması da yeniliklərləyadda qalacaq. 42 km-lik qaçış zolağında ilk 3 yer uğrunda mübarizəaparan marafonun kişi və qadın qaliblərinin hər biri sertifikat vəpul mükafatları əldə edəcək.

Bununla yanaşı, daha qısa məsafəni qət edən iştirakçıların datəltif olunması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindəngələ bilməyib 21 km məsafəni qət edən ilk 2000 nəfərə medal vəsertifikatlar, 10 km məsafəni tamamlayan iştirakçılara isəsertifikatlar veriləcək.

Finiş xəttini keçən “İlk tələbə” (qadın və kişi), “İlk yaşlıiştirakçı” (qadın və kişi), “İlk korporativ iştirakçı” (qadın vəkişi) də mükafatçılar sırasında yer alacaqlar.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris,Nyu-York, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkiledilib. Marafon yarışı tam məsafədə 42 km və yarımarafon olaraq 21km məsafədə keçirilir. 2016-cı ildən bu ənənəyə qoşulan Bakıminlərlə yerli və əcnəbi iştirakçını marafonda öz ətrafındatoplayır.

Избранный
111
9
az.trend.az

9Источники