Baku TV doğma torpaqlarına - Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan Salahovlar ailəsinin qonağı olub.
Ailəsi ilə birlikdə ötən ilin aprel ayından burada məskunlaşdıqlarını deyən sakin Məhəbbət Salahov kənddə təsərrüfat və heyvandarlıqla məşğul olduğunu bildirir:
"Torpaqları şumlayır, kartof əkirəm. 150 baş qoyun və 10 baş mal saxlayıram, gələcəkdə təsərrüfatımı daha da inkişaf etdirmək istəyirəm".
Ailənin kiçik üzvü Yağmur Salahova isə uşaqlıq arzusunun reallaşdığını deyir:
"Balaca olanda ailəm mənə tez-tez Qarabağdan danışardı, deyirdilər ki, bir gün oraya qayıdacağıq. Xəyalımda Qarabağı canlandırırdım, oranı görmək, gəzmək istəyirdim. İndi atamın doğma yurdunda yaşayırıq, burada təhsil alıram. Gözəl evimiz, yaxşı sinif yoldaşlarım var".