RU

QHT-lərin beynəlxalq platformalarda iştirakı stimullaşdırılır –  Elməddin Behbud

Dövlət qurumlarının təşəbbüsü ilə təşkil olunan infosessiyalar gənclərin beynəlxalq proqramlara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur. Bununla yanaşı, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı və maarifləndirici dəstəyi də həlledici rol oynayır.

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud  QHT.az-a olan açıqlamasında vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalarda fəallığının artırılması ilə bağlı mövcud mexanizmlərdən danışıb.

Elməddin Behbud bildirib ki, Azərbaycan milli maraqlarının təmin olunması baxımından vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalardan effektiv istifadəsi son dərəcə vacibdir. Onun sözlərinə görə, bu istiqamətdə dövlət qurumları qeyri-hökumət təşkilatlarının, o cümlədən gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif addımlar atır.

E.Behbudun sözlərinə görə, “Azərbaycan milli maraqlarının təminatı üçün vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalardan effektiv şəkildə istifadəsi son dərəcə zəruridir”.

Sədr vurğulayıb ki, bu çərçivədə metodik və konsultativ xidmətlər göstərilir, eyni zamanda Gənclər və İdman Nazirliyi tərəfindən tələbələr və gənclər təşkilatlarının nümayəndələri üçün info sessiyalar və təlimlər təşkil olunur. Onun fikrincə, bu təşəbbüslər gənclərin beynəlxalq təmsilçilik imkanlarını genişləndirməyə xidmət edir.

Elməddin Behbud bildirib ki, dövlət tərəfindən gənclərin beynəlxalq proqramlara çıxışını təmin etmək üçün müxtəlif dəstək mexanizmləri mövcuddur və gənclər bu imkanlardan aktiv şəkildə yararlanmalıdır.

Sədr qeyd edib ki, “Hər bir dövlət yumşaq güc alətlərindən istifadə edərək öz maraqlarını daha çox beynəlxalq platformalarda təmin etməyə çalışır”.

E.Behbudun sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatları, media, həmkarlar ittifaqları və müxtəlif təşəbbüs qrupları beynəlxalq təmsilçilikdə aktiv iştirak edirlər. O bildirib ki, dövlət qurumları və donor institutlarının göstərdiyi metodik və konsultativ dəstək bu iştirakın həm səmərəliliyini, həm də miqyasını artırır.

Sədr vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin ilk illərində beynəlxalq platformalara çıxış imkanları məhdud olub və bu səbəbdən ölkənin maraqlarına zidd qərarlar qəbul edilirdi. Onun sözlərinə görə, sonrakı dövrdə dövlətin güclənməsi ilə bu vəziyyət dəyişib və Azərbaycan beynəlxalq müstəvidə daha fəal mövqe tutub.

Elməddin Behbud əlavə edib ki, bu prosesin davamlı və ardıcıl şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Fatimə Nəbiyeva

Избранный
149
qht.az

1Источники