RU

Azərbaycan MDB müqaviləsində edilən düzəlişləri təsdiqlədi

dövlət
“Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol” təsdiq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.
Избранный
28
15
yeniavaz.com

10Источники