RU

Modern idarəçilik və vətəndaşyönümlü siyasətin yeni mərhələsi - RƏY

Hər bir vətəndaş bu gün bir mövqedən çıxış etməlidir. Bu mövqe cənab Prezident İlham Əliyevin istənilən sözü, fikri, addımı ilə tam paralellik və harmoniya təşkil etməlidir. Hər bir Azərbaycan vətəndaşı dövlətin siravi əsgəri olmalıdır. Çünki dünyada gedən mövcud siyasi və iqtisadi çətin durum bizdən bunu tələb edir, hətta bunu diktə edir".

Bunu BAKU.WS-ə siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, dövlət başçımız hərtərəfli islahatlar paketi tətbiq etməklə bütün sahələri diqqət mərkəzində saxlayır, bu işdə prinsipiallıq göstərir:

"Dövlət işinin əvvəlkindən fərqli olaraq praqmatizm və özəl sektor dəyərlərinə və metodlarına açıqlıq ilə xarakterizə olunan yeni dövlət idarəçiliyinin yaradılması istiqamətində addımlar atılır. Bu da öz növbəsində Azərbaycanda islahatların uğurunu izah edir. Maliyyə, təşkilati, insan resursları məsələləri daha çevik hala gətirilmişdir ki, daha məsuliyyətli bir dövlət yaradılsın və yeni vətəndaşyönümlü bir mədəniyyət formalaşsın. Məsuliyyətli vətəndaş işində, hər sahədə məsuliyyətli olsun, habelə siyasi baxımdan da sayıq davransın.

Məhz bu yanaşma bizə sağlam cəmiyyət, sağlam təfəkkür verəcək. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların tərkib hissəsidir, dəyişilməyi gözləyən, dövlət başçımızın davamlı səyləri, gərgin əməyi nəticəsində dəyişməyə hazır sistemdən xəbər verir. Atılan addımlar dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmilləşdirilmiş formada, vahidlik əsasında ədalətli, şəffaf, effektiv modelə keçirilməsini sürətləndirir".

Ekspert hesab edir ki, bu addımlar həm də bütün mühüm siyasət sahələrində, yəni təhsil, səhiyyə, ədliyyə, elm, idman, qanunvericilik ətraf mühit kimi sahələrdə əsaslı dəyişikliklərlə xarakterizə olunan bir mühitdə baş verir:

"Azərbaycan dövlət administrasiyalarında baş verən və əsasən institusional siyasət kimi xarakterizə edilə bilən modernləşdirilmə prosesinin şahidiyik. Fərqli yanaşmalar olsa da elmi düşüncələr, mütərəqqi fikirlər islahatlarının mümkün təsirlərinin və nəticələrinin qiymətləndirilməsində müsbət nəticələr vəd edir. Bu işə cəlb edilən savadlı və mütərəqqi fikirli kadrlar dövlət idarəetmə nəzəriyyələrindən ilhamlanan klassik perspektivlə siyasi elmi perspektivi qarışdırır, bu istiqamətdə hibrid nəzəri çərçivə müəyyənləşdirilir. Çünki sadəcə tətbiqdə deyil, təfəkkürdə belə hələ keçid mərhələsindəyik.

Daha çox performans, daha çox səmərəlilik və daha çox effektivlik əldə etmək üçün dövlət idarəçiliyi modernləşdirilir. İslahatlar peşəkar kadr potensialının və dövlət qulluqçularının sosial müdafiəsini gücləndirəcək, daha aydın, daha sabit, daha ədalətli olmasına imkan yaradacaq. Habelə, bu addımlar maaşda qeyri-mütənasib gəlir fərqlərini azaldacaq, bərabər imkanlar təqdim edəcək. Əmək haqqı şəffaflığı yanaşmaları idarəetməyə də müsbət təsir edəcək, etimad mühitini möhkəmləndirəcək. Atılan bütan addımlar həddindən artıq əmək haqqı bərabərsizliyi ilə mübarizə və bu ədalətsizliyi azaltmaq strategiyası deməkdir. Əmək haqqı bərabərsizliyinin azaldılmasına yönəlmiş qanunvericilik müdaxilələri dövlətimizin vətəndaş mərkəzli siyasətinin nüvəsində dayanır".

Избранный
12
1
far.az

2Источники