RU

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində baş verən silsilə oğurluq faktlarının üstü açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Araşdırmalarla müəyyən edilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən doqquz evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.


Keçirilmiş tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb.

Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media

Избранный
39
16
bizim.media

10Источники