RU

İrandan Hörmüzlə bağlı yeni həmlə

İranın Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumlarının tətbiqi ilə bağlı qanun layihəsi üzərində işləyir.

Metbuat.az xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi parlament üzvünə istinadən məlumat verib. Bildirilir ki, qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Qanun layihəsində deyilir ki, Hörmüz boğazı gəmi daşınması, enerji tranziti və qida təhlükəsizliyi üçün təhlükəsiz marşrut kimi istifadə edilərsə, ölkələr İrana tranzit rüsumları və vergilər ödəməlidir.

Избранный
100
metbuat.az

1Источники