RU

Netanyahu: İsrail İranın qaz obyektlərinə təkbaşına zərbələr endirib

İsrailin baş naziri Benyamin Netanyahu İran ərazisində həyata keçirilən hücumlarla bağlı yeni açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, Sky News-a müsahibəsində İsrailin İranın qaz obyektlərinə zərbələri təkbaşına endirdiyini bildirib.

Netanyahu qeyd edib ki, ABŞ prezidenti Donald Tramp İsraildən “Cənub Pars” qaz yatağına edilən hücum kimi zərbələrdən çəkinməyi xahiş edib.

O həmçinin vurğulayıb ki, Hörmüz boğazı və Qırmızı dənizdəki “dar boğazlardan” yan keçmək üçün alternativ marşrutlara ehtiyac var.

Netanyahu İranla bağlı əməliyyatın əsas məqsədlərini də təsdiqləyib. Onun sözlərinə görə, bu məqsədlərə İranın nüvə və raket proqramlarının sıradan çıxarılması, eləcə də ölkədə hakimiyyət dəyişikliyi üçün şərait yaradılması daxildir.

 

Musavat.com

Избранный
48
musavat.com

1Источники