RU

Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda martın 20-i Ramazan bayramı qeyd olunur.

Publika.az xatırladır ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının sonuncu 10 gecəsinin birində "Qurani Kərim" nazil edilib.

Избранный
67
7
publika.az

5Источники