RU

Reuters: İran savaşı Netanyahunu xilas etdi, Trampı...

İranla müharibə regionda siyasi balansı dəyişərək əsas oyunçuların mövqelərinə fərqli təsir göstərib.

Musavat.com xəbər verir ki, Reuters-in təhlilinə görə, bu proses İsrailin Baş naziri Benyamin Netanyahu üçün ciddi siyasi üstünlük yaradıb.

Analitiklər bildirirlər ki, diqqətin Qəzzadan İrana yönəlməsi ölkə daxilində daha geniş milli konsensus formalaşdırıb. Bu isə təhlükəsizlik və iqtisadi idarəçilik sahəsində Netanyahunun imicini gücləndirib və onun hakimiyyətini daha sabit edib.

Qeyd olunur ki, müharibə fonunda İsraildə daxili siyasi təzyiqlər zəifləyib və Netanyahu üçün əlverişli siyasi mühit yaranıb.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp üçün vəziyyət daha mürəkkəbdir. Təhlilə əsasən, o, çıxış yolu aydın olmayan bir münaqişəyə cəlb olunub və bu, onun siyasi mövqelərini zəiflədib.

 

Musavat.com

Избранный
74
50
musavat.com

10Источники