RU

Maduro ABŞ-də işi üzrə ittihamların ləğvini istəyir

BAKI, 20 mart. TELEQRAF

Venesuela prezidenti Nikolas Maduro ABŞ məhkəməsindən özü və həyat yoldaşı Silia Floresə qarşı irəli sürülən ittihamların ləğv edilməsini istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Maduronun vəkili Barri Pollak tərəfindən məhkəməyə təqdim olunan vəsatətdə bildirilir.

Qeyd olunub ki, onların vəkil seçmək hüququ pozulub. Sənəddə həmçinin vurğulanır ki, Venesuela hökumətinin vəkil xidmətlərinin ödənilməsi cəhdləri ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən bloklanır.

Vəsatətdə vurğulanır ki, ABŞ hakimiyyəti Venesuelanın Maduro və həyat yoldaşı üçün vəkil xidmətlərini maliyyələşdirmək hüququna etiraz etmir, lakin yalnız dövlət tərəfindən təyin olunan müdafiəçi təqdim etməyi təklif edir. Bu isə ABŞ Konstitusiyasının vəkil hüququnu təmin edən altıncı düzəlişinə zidd hesab olunur.

Sənəddə qeyd olunur ki, bu səbəblərə görə Maduro və Flores məhkəmədən onlara qarşı ittihamların rədd edilməsini, alternativ olaraq isə məsələ ilə bağlı məhkəmə iclasının keçirilməsini xahiş edirlər.

Qeyd edək ki, fevralın sonunda Maduro artıq prosessual pozuntulara istinad edərək ABŞ-də onun işi üzrə məhkəmə araşdırmasının dayandırılmasını tələb etmişdi. O zaman Venesuela hökumətinin onun hüquqi müdafiəsini maliyyələşdirməyə hazır olduğunu, lakin Vaşinqtonun buna mane olduğunu bildirmişdi.

Избранный
124
teleqraf.com

1Источники