RU

Cənubi Şetland adaları sahillərində güclü zəlzələ qeydə alınıb

Bakı, 20 mart, AZƏRTAC

Cənubi Şetland adaları sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 117 min insanın yaşadığı Çilinin Punta Arenas şəhərindən 1248 kilometr cənub-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Избранный
62
3
azertag.az

5Источники