RU

Şotlandiyada it yarışları qadağan edildi

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şotlandiya Uelsdən sonra Böyük Britaniyada it yarışlarını qadağan edən ikinci bölgə olub.

Lent.az "Daily Record" nəşrinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi parlament tərəfindən 70 lehinə, 27 əleyhinə və 19 bitərəf səslə qəbul edilib. Yeni qanun it yarışı meydançalarının fəaliyyətini, eləcə də it sahiblərinin bu növ tədbirlərdə iştirakını birbaşa cinayət hesab edir.

Qanun layihəsinin təşəbbüskarı Yaşıllar Partiyasının deputatı Mark Raskeldir. O bildirib ki, bu addım "qəddar və köhnəlmiş" əyləncə formasına son qoyacaq. Deputatın sözlərinə görə, beynəlxalq meyillər heyvanların qorunması naminə bu cür yarışların qadağan edilməsinə doğru yönəlib.

Qərar heyvan hüquqları təşkilatları tərəfindən böyük rəğbətlə qarşılanıb və tarixi nailiyyət kimi qiymətləndirilib. Lakin hökumətin dəstəyinə baxmayaraq, qanun layihəsi bəzi millət vəkilləri tərəfindən tənqid olunub. Mühafizəkar və leyborist deputatlar hesab edirlər ki, qadağa heyvanların rifahına real təsir göstərməyəcək. Tənqidçilərin fikrincə, tam qadağa əvəzinə bu sahənin daha ciddi tənzimlənməsi kifayət edərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
79
lent.az

1Источники