RU

Çayı belə dəmləyənlər qazanır

Azərbaycanda çay sadəcə bir içki deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Yeni araşdırmalar göstərir ki, çayın həm dadı, həm də faydası istifadə etdiyiniz dəmliyin materialından birbaşa asılıdır.

Milli.Az xəbər verir ki, tayvanlı elm adamları saxsı, şüşə, paslanmaz polad, silika-gel və farfor (porselen) dəmlikləri müqayisə ediblər. 585 fincan çay üzərində aparılan analizlərin nəticəsi hər kəsi təəccübləndirib. Məlum olub ki, şüşə dəmlikdə dəmlənən qara çay, digər materiallarla müqayisədə daha çox antioksidant ifraz edir.

Maraqlıdır ki, uzun illərdir yaşıl çayın daha sağlam olduğu düşünülsə də, bu araşdırma qara çayın bəzi hallarda yaşıl çaydan daha çox antioksidant ehtiva edə biləcəyini sübut edib.  Antioksidantlar bədəni hüceyrə zədələnməsinə qarşı qoruyan, immun sistemini gücləndirən və "sərbəst radikallar" adlanan zərərli molekulları zərərsizləşdirən mühüm birləşmələrdir.

Araşdırmada istifadə olunan dəmliklər arasında nəticələr yalnız sağlamlıq deyil, həm də ləzzət baxımından qiymətləndirilib.

Farfor (porselen) dəmliklər estetik baxımdan çox bəyənilsə də, araşdırmada həm antioksidant səviyyəsi, həm də istiliyi qoruma baxımından ən aşağı balı alıb. Çayı çox tez soyutduğu üçün həm dad, həm də fayda itkisinə səbəb olur.

Keramika dəmliklər isə ləzzət qiymətləndirməsində ilk pillədə qərarlaşıb. Ondan sonra şüşə və paslanmaz polad dəmliklər gəlir. Lakin sağlamlıq və antioksidant zənginliyi əsas meyardırsa, şüşə dəmliklər birmənalı olaraq ən yaxşı seçimdir.

Lalə Qüdrətova
Milli.Az

Избранный
101
2
milli.az

3Источники