BAKI, 20 mart. TELEQRAF
ABŞ və Yaponiya ABŞ-nin enerji sektoruna ümumilikdə 73 milyard dollar həcmində investisiya yatırılması ilə bağlı razılıq əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə Vaşinqton və Tokionun birgə bəyanatında bildirilib. Sənədi ABŞ Ticarət Nazirliyi yayıb.
Məlumata görə, razılaşma çərçivəsində "GE Vernova Hitachi" şirkəti Tennessi və Alabama ştatlarında kiçik modul nüvə reaktorları inşa edəcək. Bu layihələrin ümumi dəyərinin 40 milyard dollar olacağı qeyd olunur.
Bundan əlavə, Tokio və Vaşinqton Pensilvaniya ştatında 17 milyard dollar, Texas ştatında isə 16 milyard dollar dəyərində qaz enerjisi istehsalı layihələrini həyata keçirəcək.