RU

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə hücum edib, ölənlər və yaralananlar var

Son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinə hücumları nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisindən bildirilib.

"Son sutka ərzində Sumı vilayətinin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb", - məlumatda vurğulanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, regionun bir sıra yaşayış məntəqələri zərbələrə məruz qalıb. Hücumlar zamanı aviabombalardan və pilotsuz uçuş aparatlarından istifadə edilib.

Bildirilib ki, ərazilərdə istintaq-əməliyyat qrupları, kriminalistlər və s. fəaliyyət göstərirlər.

Избранный
57
far.az

1Источники