Neftçala rayonunda ağır yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Qazaxbərəsi kənd sakinləri ilan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.
Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(unikal)